Sumqayıtda oğurluqla məşğul olan mütəşəkkil qrup zərərsizləşdirilib

Sumqayıtda oğurluqla məşğul olan mütəşəkkil qrup zərərsizləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, mağazalardan oğurluq edən qrupun üzvləri - 1988-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rövşən Əli oğlu Vəliyev, 1987-ci il təvəllüdlü İsmayıl İsa oğlu Quliyev, 1985-ci il təvəllüdlü Elman Əjdər oğlu Ağayev və əvvəllər məhkum olunmuş, 1978-ci il təvəllüdlü Bəxtiyar İdris oğlu Əbilov zərərsizləşdirilib.

Bu qrupun 7 mağazadan oğurluq etdikləri məlum olub. Hazırda qrupun digər cinayətlərdə iştirak halları araşdırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri