Bakının Binəqədi rayonunda hərəkətin sıx olduğu yollardan biri genişləndirilir

Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində hərəkətin sıx olduğu yollardan biri olan Ordubadi küçəsini genişləndirir. Bu barədə şənbə günü Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yolun 670 metrlik hissəsi 9 metrdən 12 metrədək genişləndirilir. Bu gün yolun asfalt-beton örtüyünün salınmasına başlanır.

Mürsəliyevin sözlərinə görə, həmin ərazidə Natəvan və Asəf Zeynallı küçələrində də işlər aparılacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri