“Khazar İslands” layihəsinin birinci mərhələsinin açılışının vaxtı bəlli olub

Azərbaycanda həyata keçirilən ən böyük və ən bahalı layihə olan “Khazar İslands” layihəsinin birinci mərhələsinin açılışı gələn ay baş tutacaq.

Bunu layihəni həyata keçirən “Avesta” konserninin prezidenti İbrahim İbrahimov bildirib.

Onun sözlərinə görə, bir aydan sonra layihənin birinci hissəsinin açılışı mayın 28-də baş tutacaq: “Biz orada çimərliklər, bir restoranın, körpünü və yolları tam təmir edərək istifadəyə verəcəyik”.

İ. İbrahimov deyib ki, bundan başqa, yeni tikilən şəhərdə 4 kilometr uzunluğunda bulvar, Həmçinin, hər biri 5 hektar olan 2 park istifadəyə veriləcək.

“Khazar İslands” layihəsinin icrasına 3 il öncə başlanıldığını xatırladan konsern prezidenti bildirib ki, bu illər ərzində çox böyük işlər görülüb: “Bu müddət ərzində çətinliklərimiz də olub. Sonda qalib gəlmişik. Çünki biz bu işin bilərəkdən altına girmişik və inanırdım ki, bu layihə baş tutacaq”.


APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri