Salyanda çayda naməlum kişi cəsədi aşkarlanıb

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində (“Salyan” sularda xilasetmə məntəqəsindən, təxminən 5 km məsafədə, nəzarət olunmayan ərazidə) naməlum kişi cəsədi aşkarlanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Cəsəd nazirliyin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 21:18-də başa çatıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri