Masallıda güclü partlayış olub, bir nəfər ölüb, iki məktəbli xəsarət alıb

Masallıda güclü partlayış olub, bir nəfər ölüb, iki məktəbli xəsarət alıb Masallı rayonunda baş verən partlayışda xəsarət alan Mahmudavar kənd sakini, 1997-ci il təvəllüdlü Famil Habil oğlu Sadıqov dünyasını dəyişib.


APA-nın məlumatına görə, F. Sadıqov çoxlu qan itirdiyindən yerləşdirildiyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında vəfat edib
_______

18:37

Masallı rayonunda güclü partlayış baş verib. APA-nın məlumatına görə, hadisə martın 23-də saat 15.50 radələrində rayonun Mahmudavar kəndində qeydə alınıb.

Kənd sakini Bəşir Mizəbala oğlu Əliyevə məxsus dəmir qapılar düzəldilən sexdə kənd sakini, 1964-cü il təvəllüdlü Gülağa Mirzağa oğlu Abdullayev qaynaq işləri apararkən ehtiyatsızlıqdan oksigen balonu partlayıb.

Güclü partlayış nəticəsində qaynaqçı ölüb.

Partlayış baş verən vaxt yaxınlıqdan keçən kənd sakinləri, 1997-ci il təvəllüdlü İman Füqar oğlu Əliyev və 1997-ci il təvəllüdlü Famil Habil oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən hər iki yeniyetmə 11-ci sinif şagirdidir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri