Lənkəranda evə basqın edən maskalı şəxslər 60 yaşlı qadını güllələyib

Ötən gecə Lənkəran şəhərində güllələnmə hadisəsi baş verib.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, maskalı şəxslər 60 yaşlı şəhər sakini Sürəyya Tağı qızı Tağıyevanın Şəhidlər Xiyabanı-5 ünvanında yerləşən mənzilinə girərək, odlu silahdan atəş açmaqla onu baldır nahiyəsindən yaralayıblar.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş zərərçəkmişin həyatını xilas etmək mümkün olmayıb. Çoxlu qan itirən S.Tağıyeva orada dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Hazırda rayonun hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətmiş şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Şərhlər
Hadisə bölməsinin xəbərləri