Zaqatalada motosiklet sürücüsü yol qəzasında öldü

Zaqatalada motosiklet sürücüsü yol qəzasında öldü Zaqatala şəhərində ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.

Trend Kanal S-ə istinadən bildirir ki, 1985-ci il təvəllüdlü Bəhmədli kənd sakini Abdullayev Anar Məzahir oğlu idarə etdiyi motosikletlə şəhərin Molla Vəli Vidadi küçəsində hərəkət edərkən idarəetməni itirib. O, yol kənarındakı betona çırpılıb.

Nəticə adıçəkilən şəxs hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri