Bakıda marşrut avtobusu qəza törədib, yaralılar var

Bakıda daha bir avtobus qəzası baş verib.


Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının yaxınlığında qeydə alınıb. 57 saylı xətt avtobusu qaldırıcı kranla toqquşub. Nəticədə avtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb.



Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, qəza nəticəsində 10-a yaxın sərnişin xəsarətlə xəstəxanaya yerləşdirilib.



Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri