16 yaşlı qız evdən qaçıb

Dünən Tolstoy küçəsi ev 75-də yaşayan 16 yaşlı Sevinc Zalovanın evdən çıxıb bir daha geri qayıtmaması ilə bağlı məlumat vermşdi.


Məlumata görə, qızın yoxa çıxması ilə bağlı qızın xalası Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə məlumat verib demişdi ki, anası Sevinci onun himayəsində qoyaraq İrana gedib. Qız isə heç kimə demədən evdən gedib.


Yasamal Rayon Polis İdarəsindən bildirildi ki, S.Zalova tapılaraq ailəsinə təhvil verilsə də, yenidən evdən qaçıb. Qız harada olması barədə heç nə deməyib və sərbəst buraxılmasını tələb edib. Qız ailə üzvlərinə “mənimlə işiniz olmasın, imkan verin küçədə yaşayım, amma azad olum” deyərək evdən qaçıb.


Polis isə S.Zalovanın axtarışına yenidən başlayıb. Hüquq-mühafizə orqanında S.Zalovanın münasibətdə olduğu oğlanın mobil nömrəsi olsa da, zənglərə cavab verən yoxdur.
Şərhlər
Hadisə bölməsinin xəbərləri