Bakıda sərnişin qatarı yük maşını ilə toqquşub, yaralılar var

Bakıda sərnişin qatarı yük maşını ilə toqquşub, yaralılar var Bu gün axşam saat 23.00 radələrində Bakıda sərnişin qatar yük maşını ilə toqquşub.

APA-nın xəbərinə görə, hadisə Pirşağı-Kürdəxanı xəttinin 29-cu kilometrində baş verib.

Belə ki, Bakıdan Moskvaya hərəkət edən qatarı yolu keçən “Kamaz” markalı yük maşını ilə toqquşub.

Sabunçu rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Polis hadisə yerində araşdırma apardığı üçün hadisənin təfərrüatlarının hələ bəlli olmadığını deyib.

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində bir nəfər xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Məlumata görə, hadisə nəticəsində qatarın maşinisti və köməkçisi, həmçinin “Kamaz”ın sürücüsü xəsarət alıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasının müxtəlif şöbələrinə yerləşdiriliblər.

Hələlik onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri