Nadir Qafarzadə məşhur türk mahnısını repertuarına daxil edib

Nadir Qafarzadə məşhur türk mahnısını repertuarına daxil edib Müğənni Nadir Qafarzadədən yeni xəbər var.

Live.Az məlumat verir ki, ifaçı türkiyəli bəstəkar Teoman Alpayın 1972-ci ildə yazdığı “Nasıl geçti habersiz” mahnısını yeni aranjimanda ifa edərək, repertuarına daxil edib.

Bildirək ki, N.Qafarzadə bu mahnını ilk dəfə sentyabrın 13-də Yaşıl Teatrda verdiyi solo konsertində oxuyub.

Kompozisiyaya yeni nəfəs qatan müğənni mahnını artıq bu gündən YouTube kanalında dinləyicilərin ixtiyarına verib. Bu mahnının FM-lərdə də eşidiləcəyi nəzərdə tutulub.

N.Qafarzadə “Nasıl geçti habersiz” mahnısının onun ifasında da seviləcəyinə əmin olduğunu deyib.

Qeyd edək ki, “Nasıl geçti habersiz” mahnısını Türkiyənin bir çox tanınmış sənətçiləri Belkis Özener, Emel Sayın, Zeki Müren, Muazzez Ersoy, Hakan Pekər və başqaları ifa ediblər.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri