Müğənni Rəhim Rəhimli vəfat edib



Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.

Bu barədə Xalq artisti Faiq Ağayev instaqram hesabında yazıb. F.Ağayev R.Rəhimlinin ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" telekanalının direktoru işləyib.

O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. İlkin məlumata görə, musiqiçi ürəktutmadan vəfat edib.

Qeyd edək ki, R.Rəhimli 1976-cı il dekabrın 28-də anadan olub.

Allah rəhmət eləsin!
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri