Xızıda yük maşını dərəyə düşüb, ölən və yaralanan var

Xızıda ağır yol qəzası baş verib.


APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumat agörə, bu gün saat 11.00 radələrində Xızı rayonu, Tıxlı kəndində “Shacman” markalı yük avtomobili dərəyə yuvarlanıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.



Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, sürücü xəsarət alıb, sərnişin 1932-ci il təvəllüdlü Quliyev Əfsər Məhərrəm oğlu hadisə yerində ölüb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə xəsarət almış şəxsi və Ə. Quliyevin cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri