Eldar Qasımov «Angelı» adlı yeni mahnısını dinləyicilərə təqdim edib

Eldar Qasımov «Angelı» adlı yeni mahnısını dinləyicilərə təqdim edib «Eurovision» qalibi Eldar Qasımov Ukrayna və Azərbaycan yaradıcı komandasının birgə məhsulu olan yeni «Angelı» (Mələklər) adlı yeni mahnısını dinləyicilərə təqdim edib.


Live.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, layihənin meneceri qismində çıxış edən Ömər Əbdülkərimov bildirib ki, yaxınlarda mahnının klip çəkilişləri də nəzərdə tutulur.



Qeyd edək ki, mahnı İvan Dorn, Aleksandr Rıbak, Ani Lorak kimi tanınmış ulduzların çalışdığı məşhur leyblda hazırlanıb. Müğənni Eldar Qasımov mahnının yaranma prosesi haqqında təəssüratlarını bölüşüb: "Mahnının hələ hazırlanma mərhələsində müəllif İqor Şavrovla danışığımda anladım ki, o, mənə axtardığımı verəcək. O, mənim fikirlərimi düzgün formalaşdırdı. Fikirləşirəm ki, bütün insanlar mələk ola bilərlər, gündəlik məişətdən uzaq olmaq üçün qəlbimizin qanadlarını açıb səmaya qalxmaqla sevdiklərimizi mələk kimi qoruya bilərik. Deyirlər ki, mələklər bizim ətrafımızda gəzirlər. İnanıram ki, hamının öz mələyi var. Kiminsə valideynləri, kiminsə dostları və ya sevdiyi insan. Ona görə hesab edirəm ki, bu musiqi çoxlarına doğma olacaq və hər kəs mahnıda özünə aid nəsə tapa biləcək".



Qeyd edək ki, mahnının müəllifi «SoSmile» layihəsindən tanınmış DJ İqor Şavrovdur. Onun mahnılarını Vera Brejneva, Timur Rodriqes, Dima Bilan, Yuliya Volkova, Dan Balan, İqor Burenko kimi məşhurlar ifa edib. 2012-ci ildə Ukraynanı «Eurovision»da təmsil edən «Be my Guests» mahnısı da ona məxsusdur. Bundan başqa, mahnının hazırlanmasında həmyerlimiz Orxan Bağırov da iştirak edib.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri