EMİN mahnılarına görə platin disklər aldı



Dünən ZHARA MUSIC musiqi leyblı ofisində EMINin ən uğurlu mahnılarının platin disklərinin təntənəli təqdimatı keçirildi.
 

LIVE.az xəbər verir ki, hər kəsin arzuladığı mükafata səkkizdən çox trek layiq görülmüşdür.


Bunların arasında bu ilin “Девочка Моя” – “Qızım”, “Нежная”- “Zərif”, “Каmin” feat. Jony,”Ну почему?” – “Axı niyə?”feat. NammAli & Navai və digər yeni mahnılar və duetlər yer almışdır. Qeyd edək ki, “platin” statusu trek musiqi platformalarında 100.000-dən çox satış və endirmə nəticəsində qazanılır.

 
Onu da qeyd edək ki, “Камин” dueti çox bir qısa zamanda multiplatin səviyyəyə qalxdı. Mükafata layiq görülmüş digər mahnılar isə bunlardır: "Мой Азербайджан" – “Azərbaycanım”, "Я лучше всех живу" – “Hamıdan yaxşı”, "Я не могу сказать" – “Deyə bilmərəm” feat. Ани Лорак və "Сбежим в Баку" – “Bakıya qacaq”.

 
EMIN yaxın gələcəkdə yeni bir sinql çıxaracağını və pərəstişkarlarını musiqi sürprizləri ilə sevindirəcəyinə söz verdi.





 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri