Azərbaycanda 15 yaşlı qız intihar edib

Astara rayonunda intihar hadisəsi baş verib.


Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Alaşa kəndində qeydə alınıb.



Kənd sakini, 1998-ci il təvəllüdlü Xəyalə Tağızadə yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.



X.Tağızadənin orta məktəb şagirdi olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri