Teomanın möhtəşəm Bakı konserti

   


14 fevral Elektra Events Hallda Türkiyənin sevilən müğənnisi Teoman Azərbaycanda Sevgililər Gününə özəl konsert proqramı ilə çıxış edib.

 Konsertdən öncə jurnalistlərin suallarını cavablandıran müğənni bildirib ki, Bakıya ilk gəlişidir və yenidən gəlməyi düşünür: "Bakıya ilk gəlişimdir.

 Amma danışıqlar gedir, yenidən gəlməyi fikirləşirəm. Məni Azərbaycanda bu qədər sevdiklərini bilmirdim. Həmişə köməkçim deyirdi, Azərbaycanlı dinləyicilərdən instaqram hesabına ya poçtumuza çox sayda məktublar gəlir. Amma düzü bu qədər olacağını bilmirdim. Mənə dedilər konsertə bilet satışı bir neçə həftə əvvəldən bitib. Bunu eşidəndə çox sevindim". Teoman konsertin Sevgililər Gününə təsadüf etməsinə də açıqlama verib: "Əslində mənim üçün özəl günlərin heç bir anlamı yoxdur. Yəni, Sevgililər Günü və ya Yeni il, fərq etməz, bu günləri önəmsəmirəm. Amma dinləyicilər üçün önəmli olduğu üçün biz də bu günlərdə çox konsertlər veririk". Konsert zamanı  Teoman bakı fanatlarının ona qarşı böyük sevgini görüb, "Kaş ki, bütün konsertlərim belə olsa" deyib.

Konsert böyük anşlaqla keçib. Konsertdə ifaçının ən tanınmış xit mahnıları səslənib.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri