Quba-Xaçmaz iqtisadi rayonunda qaz təchizatı yaxşılaşdırılır

Quba-Xaçmaz iqtisadi rayonunda qaz təchizatı yaxşılaşdırılır Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin İdman Sağlamlıq Mərkəzinin, Dağlı kəndinin qaz təchizatının yaxşılaşdırılması, eləcə də Amsarqışlaq, Bərqov, Uzunmeşə, Üçgün, Kürkün, Gəray, Alpan, Susay və Susay-Qışlaq kəndlərinin qazlaşdırılması üçün ümumilikdə 45,9 kilometr uzunluğunda qaz kəmərləri çəkilib.

ARDNŞ-nin rəsmi saytı məlumat verir ki, Qusar rayonunun Gədəzeyxur və Əvəcük kəndlərində həyətdaxili qaz kəmərlərinin küçəyə çıxarılması işləri davam etdirilir. Cari ildə Şabran rayonunun Zeyvə, Pirəmsən, Gilvar və Çayqaraqaşlı kəndləri qazlaşdırılıb, bu məqsədlə 38,5 kilometr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib.

Хaçmaz rayоnunun Ağyazbuduq, Qaraçaycek, Aşağı Zeyd, Şıxlar, Hülövlü, Şıxhaput Maşoba, Çuxuroba, Bostançı, Çiləgər, Çinartala, Hacıisaoba kəndlərinin qazlaşdırılması üçün ümumi uzunluğu 56,4 kilometr olan müxtəlif diametrli qaz kəmərləri çəkilib. Siyəzən rayonunun Gilgilçay və Tuğay kəndlərində daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, ümumilikdə 3,9 kilometr uzunluğunda qaz kəmərləri quraşdırılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri