Çoxdan gözlənilən "Gemini man": Xüsusi olduğum üçün məni seçdilər



Çoxdan bəri gözlənilən "Gemini man" filmi dünya prokatına çıxıb.

Live.az xəbər verir ki, film bu həftə Azərbaycanda, Park Cinemada, qapalı nümayışi baş tutub və tədbirdə ənənəvi olaraq taninınmış qonaqlardan başqa, bir çox əkiz insanlarda dəvət olunmuşdur.

4 dəfə "Qremmi", 5 dəfə "Qızıl qlobus"mükafatı alan Uill Smit "Gemini man" filminin baş rol ifaçısıdır. O, iki obrazı, həm özünü, həm də özündən 30 yaş kiçik klonunu canlandırıb.

Yarıfantastik, yarı dram janrında olan film ABŞ istehsalıdır. Kadrların çoxu Corciya ştatında və Budapeşt şəhərində çəkilib. Kinonu yarıfantastik adlandırmağıma səbəb isə ssenarinin klonlama layihəsi üzərində qurulmasıdır. Bu məsələnin reallığı isə mübahisəli məsələ olaraq qalır.


Kino həm döyüş, həm də sürət, macəra, "bayk" sevənlərə daha maraqlı gələ bilər. Çünki ekran işində təxminən 15 dəqiqəlik motosiklet və 5-6 dəqiqəlik dava səhnələri yer alıb. İlk dəfə bu filmdə motosikletlə adam döymə səhnələri ekranlaşdırılıb. Həmin səhnələri izləyərkən həyəcandan "oturacağa yapışmamaq" mümkün deyil. Motosiklet üzərindəki təhlükəli kadrlarda Vil Smitin üzünün görünməsindən aydın olunur ki, bəzi riskli səhnələrə də elə özü çəkilib. Elə bəlkə də bu cəhətlərinə görə o, Hollivudda ən çox qazancı olan aktyorlardan biridir.


Filmin ssenarisindən əlavə, çəkilişi də uğurlu alınıb. 4K effekti ilə çəkilən film "3D" formatına uyğunlaşdırılıb. Peşəkar operator işi kadrlardan sıxılmağa imkan vermir. Sualtı kadrların möhtəşəmliyi, drondan uğurlu və yerində istifadə təkcə mövzudan yox, görüntüdən də zövq almağa şərait yaradır.

Təxminən 2 saat davam edən filmi "Google" istifadəçilərinin 85 faizi bəyənib. Ekran işi barədə yazılan təriflər, tənqidlərdən çoxdur. Filmin çəkilişi üçün 138 milyon dollar xərclənib.


Park cinema" kinoteatrlar şəbəkəsinin  "Park bulvar"da keçirdiyi "Gemini" filminin premyerasından şəkləri bölüşürük.



 










 





  
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri