Bakıda Amerika Film Festivalı keçiriləcək



ABŞ-ın Azərbaycandakı Səfirliyi “Park Cinema” ilə əməkdaşlıq edərək, Bakıda ilk “Amerika Film Festivalı”na sponsorluq etməkdən məmnundur.

LİVE.az məlumatına görə, bütün filmlər 2019-cu il mayın 1-5-də “Park Cinema Fleym Touers”-də nümayiş olunacaq və “İnsan Ruhunun Qüdrətini” nümayiş etdirəcək.

“Aydakı Adam”,”Yaraşıqlı Oğlan”, “Yaşıl Kitab”, “Sevgi ilə, Saymon” və “Bir Ulduz Doğulur” kimi beş əlamətdar və müxtəlif filmlər rus dilində altyazı ilə ingilis dilində nümayiş olunacaq. Biletlərin hər biri 2 manatdır. Biletlər www.parkcinema.az saytında və “Park Cinema” kassalarında da mövcuddur.

ABŞ-ın Azərbaycandakı Səfirliyi bu tədbiri burada keçirilməsinə görə “Park Cinema”ya təşəkkürünü bildirir. Azərbaycan ictimaiyyətini bu mükafat qazanan Amerika filmlərinə baxmağa dəvət edir:

FilmHəftə GünləriGünlərVaxtZal #
Aydakı AdamÇərşənbə1 may 201919:003 & 4
Yaraşıqlı OğlanCümə axşamı2 may 201919:003
Yaşıl KitabCümə3 may 201919:003
Sevgi ilə, SaymonŞənbə4 may 201919:003
Bir Ulduz DoğulurBazar günü5 may 201919:003
Filmlərin nümayişi; Alov Qüllələri, Mehdi Hüseyn 1 a ünvanında yerləşən “Park Cinema”da olacaq

“Amerika Film Festivalı” barədə daha ətraflı məlumatı ABŞ-n Azərbaycandakı Səfirliyinin feysbuk səhifəsinə: www.facebook.com/baku.usembassy ; https://www.facebook.com/watch/?v=2085694978401032 
və yaxud “Park Cinema”nın rəsmi veb-saytınawww.parkcinema.az müraciət edərək əldə edə bilərsiniz.

Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57