Bu il Azərbaycanda 876 əkiz, 15 üçəm doğulub

Cari ilin birinci yarısında ölkədə 83,1 min, yaxud hər gün orta hesabla 459 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə doğum səviyyəsi 18,1 olub.


Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi qızlardır. Körpələrin 876-sı əkiz, 15-i isə üçəm doğulub. Doğulan körpələr üçün 73,9 yaş, o cümlədən oğlanlar üçün 71,3 yaş, qızlar üçün 76,6 yaş ömür uzunluğu gözlənilir.


Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,3 doğulmuş uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir. İlin əvvəlindən ölkədə 28,8 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm eyni səviyyədə (6,2) qalaraq dəyişməyib.
Şərhlər
Sosial bölməsinin xəbərləri

Maraqlı bölməsinin xəbərləri