Bakı-Vyana marşrutu üzrə ilk sərnişin qatarı mayda yola düşəcək


Bakı-Tbilisi-İstanbul-Aleksandropolis-Vyana marşrutu üzrə ilk sərnişin qatarı 2018-ci ilin mayında yola düşəcək.


LİVE.az AZƏRTAC-a istinadən xəbər verir ki, artıq Azərbaycan Fransanın "Stadler Rail Group Alstom" firmasından 64 sərnişin vaqonu alıb.


Gürcüstanın newstbilisi portalının yaydığı məlumata görə, bu vaqonlar Gürcüstan-Türkiyə sərhədindəki Axalkalaki rayonunda qısa bir zamanda yeni xətlərə keçiriləcək.


Yeni vaqonlar yüksək keyfiyyətli, komfortludur. İki nəfərlik kupelərdə kondisioner və Wi-Fi olacaq. Qatarda, həmçinin restoran və bar fəaliyyət göstərəcək.шаблоны для dle 11.2
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri