Müğənnimizə əcnəbi ərindən qadağa: “Yerli-yersiz...” [VİDEO]



Mərhum müğənni Vidadi Bərdəlinin qızı Aytac Vidadıqızı şəxsi həyatından danışıb.


LIVE.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, həyat yoldaşının ona qadağaları var: “Yoldaşımın qısqanc tərəfləri var. Amma yerli-yersiz deyil. Hər şey çərçivədədir. Açıq-saçıq geyim geyinməyə qadağa qoyub. Onsuz da mənim açıq geyimlərim olmur. Ona görə də söz-söhbətimiz olmur. Amma açıq geyimlərə icazə vermir. Verilişlərə çıxmağıma yox demir. Çünki bilir ki, mən müğənniyəm, bu mənim işimdir. O məni də sevib, sənətimi də”.


A.Vidadıqızı ona sosial şəbəkədə yazılan “Atasının yolunu layiqli davam etdirmir” şərhə də münasibət bildirib: “Vallah ailəm də, övladım da var. Başımı aşağı salıb gedib-gəlirəm. Mənə elə gəlir ki, bu sözləri yazanlar bizi gözü götürməyənlərdir. Sadəcə bizi incitmək istəyirlər”.


Qeyd edək ki, A.Vidadıqızı türkiyəli iş adamı ilə ailə qurub. Həmin evlilikdən bir övladı var.










   шаблоны для dle 11.2
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Damlaya ağır itki

  • 12 фев, 12:10