Müğənni İzzət Bağırova görə restoranda dava salanların məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda və qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Tural Cahangirov, müğənni İzzət Bağırovun sürücüsü Elçin Cavadzadə və Rəsul Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

LIVE.az APA-ya istinadən verdiyi xəbərə görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Həbs olunan şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Proses fevralın 2-də daban etdiriləcək.

Qeyd edək ki, Novruz Aslanlının "Neolit" şadlıq sarayında təşkil etdiyi şənlik zamanı qonaqlardan biri ilə İ. Bağırov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. Müğənni buna etiraz əlaməti olaraq mərasimi yarımçıq tərk edib. Bu isə mərasimin təşkilatçısının narazılığına səbəb olub.

N. Aslanlı və qohumları ilə İ. Bağırovun sürücüsü, habelə restoranın əməkdaşları arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı N. Aslanlının başına küt alətlə zərbə endirilib.

Hadisəni törədən şəxslər saxlanılıb.шаблоны для dle 11.2
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Damlaya ağır itki

  • 12 фев, 12:10