Avro 2014-cü ildən bəri ilk dəfə 1,25 dollar səviyyəsini ötüb


Avrozonanın vahid valyutası 2014-cü ildən bəri ilk dəfə dollar qarşısında 1,25 səviyyəsini ötüb.

 

Avronun bahalaşmasına Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqinin bankın faiz dərəcələrini dəyişdirməməsi ilə bağlı verdiyi açıqlama səbəb olub.

 

Bundan başqa, dolların avro qarşısında zəifləməsinə Davos İqtisadi Forumunda çıxışçıların açıqlamaları da təsirsiz ötüşməyib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri