Bu gündən AZAL-ın bütün reyslərinə qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq



Bu gündən başlayaraq “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.

 

Qeydiyyat isə uçuşa 3 saat qalmış açılacaq.

 

AZAL-ın yaydığı məlumata görə, sərnişinlər hava limanında qeydiyyat üçün öncədən gəlməlidir: “Həmçinin, sərnişinlər saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqaj olduqda isə onu "Baggage Dropoff" ekspress-masasında təhvil verə bilərlər”.

 

Bu qayda “Buta Airways” uçuşlarına da şamil edilir.

 

Qeyd edək ki, indiyədək AZAL-da qeydiyyat uçuşa 2 saat qalmış başlanırdı. Bütün reyslərə qeydiyyat isə 40 dəqiqə qalmış bağlanırdı.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri