Bakıda sərnişin avtobusu aşıb, xəsarət alanlar var [Video][Şəkil]


Hadisə yerindən video:



///


Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanların sayı açıqlanıb.

 

Live.az APA-ya istinadən xəbər verir ki,ilkin məlumatlarda hadisə nəticəsində 14 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisi azyaşlıdır.

 

Xəsarət alanlar 3 saylı şəhər Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib kİ, hazırda onlara müvafiq tibbi yardım göstərilir.

 
///

 

Bakıda sərnişin avtobusu aşıb.

 

Live.az APA-ya istinadən xəbər verir ki, hadisə Zığ şosesində baş verib.  175 nömrəli marşrut üzrə hərəkət edən avtobusun dərəyə aşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

 

Hadisəyə səbəb kimi avtobusun yüksək sürətlə idarə edilməsi göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.






Şərhlər
Hadisə bölməsinin xəbərləri