Reperlərdən ayrılan küsülü iki ulduz qucaqlaşıb, ağladılar

 

Müğənni Natavan Həbibi ilə uzun müddətdir küsülü olan rəqqasə Oksana Rəsulovanın bir araya gəlməsi ilə təəccübləndirib.


Live.az xəbər verir ki, Natavanın həm  uzun müddət məlum səbəblərdən gizlənməsi, həm rəqqasə ilə küsülü olması müğənnini bu tədbirdə heç kim gözləmirdi.


Natavan "ATV maqazin onlarla"ya açıqlamasında barışıq addımının Oksanadan gəldiyini deyib.


Reper həyat yoldaşı Səid Əliyevdən (Dado) ayrılma xəbərindən sonra ona dəstək olan ilk adam Oksana olub:


"Bəlli hadisələrdən sonra mənə yazan ilk adam Oksana idi. Mənə yazdı ki, gəlmək istəyirəm. Bir cümlə ilə cavab verdim ki, gəl, evdəyəm. Qapını açan kimi sadəcə qucaqlaşdıq və ağladıq. Məni ən yaxşı başa düşənlərdən biri Oksanadır. Çünki... (kövrəlir...)".


Natavan boşanması xəbərlərinə münasibət bildirb:


"Hər şey aydındır, bir aydır görüşmürük. Nə ilə nəticələnəcək ikimiz də bilmirik. Səid istədi açıqlamanı verim. Məndən olsaydı heç nə deməzdim".


ATV-dən yayımlanan süjeti təqdim edirik:





  
шаблоны для dle 11.2
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri