Məşhur aparıcı cütlük Zaur və Günay qızını ilk dəfə görsətdilər



"ATV" kanalının məşhur aparıcıları - Zaur Baxşəliyev və Günay Baxşəliyeva qızları ilə Yeni illə bağlı tanıtım çarxına çəkiliblər.


LİVE.az xəbər verir ki, cütlüyün qızının 4 yaşı olmasına baxmayaraq, indiyə qədər heç bir yerdə görsənməmişdir.


Aparıcıların qızı Dilavər ilk dəfə efir layihəsində yer alıb.


Layihədən videoçarx bölüşən cütlük, bildiriblər ki:


"Oldurdu bizi ki meni de gosterin! gosterdik! bayaq efirde teqdim edenden sonra mene deyir ki ,ne dediler ?! dord yasli usaq eger haqqinda ne dediler dusunurse men artiq susuram ,sadece Allah butun balalari qorusun ! amin ! butun her kesin balasini ,sevenlerin de sevmeyenlerin de balasini Allah qorusun ! amin !"


Qeyd edək ki, Zaurla Günay İnstaqram hesablarında paylaşdıqları Dilavərlə birlikdə çəkdirdikləri şəkillərdə bugünə qədər qızlarının üzünü gizlədiblər.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri