Afaq Gəncəli Röyanın "kuvşın" sözünə cavab: Həmişə oda su səpməyə çalışıram


Xəbər verdiyimiz kimi, əməkdar artist Röya Ayxan aparıcı Afaq Gəncəlini kəskin tənqid edib.
 
Live.az xəbər verir ki, Afaq Gəncəli məsələ ilə bağlı azxeber-ə açıqlama verib.
 
Aparıcı müğənni ilə arasında inciklik olmadığını bildirib: "Röyanın açıqlamasında təhqiramiz ifadə görmədim. "Kuvşin" təhqir deyil, o sözü Röya həmişə mənə deyib. Röya demək istəyir ki, mənim bədən quruluşum elədir. Röya dostumuzdur, nə vaxt istəyəcək gələcək, biz də çəkəcəyik. Mən həyatı boyu Röyaya qadağa qoya bilmərəm".
 
Afaq Gəncəli verilişində heç kəsin qadağada olmadığını bildirib: "Röyanın dediyi Odabaşı çəkilişi ilə bağlı bizə heç kim dəvət göndərməyib. Röya bizə nə vaxt deyib, biz də gəlməmişik? İş qrafikidir ola bilər ki, onun komandasının yadından çıxıb. Röya ilə biz elə münasibətdəyik ki, o mənə bir kəlmə desə və mən getməsəm mənə ayıb olar. Ona nə cür gedib, çatdırıblar deyə bilmərəm. Mən ümumiyətlə heç kəsə verilişimdə qadağa qoymuram. Bəzən televiziyada qadağa olan müğənniləri çəkmək üçün rəhbərliyə bildirib, çəkmək istəyirəm. Həmişə oda su səpməyə çalışıram. Mənim heç kimlə problemim yoxdur"
 
Xatırladaq ki, Röya Afaq Gəncəliyə müraciət edərək bu sözləri demişdi: "Bunlar düzdür mənim "Kuvşin"im? Həyatdır, hər şey ola bilər. İnsanlar durmadan dəyişir, mən bunun günahını estetik əməliyyat edən həkimlərdə görürəm. Deyirəm ki, 3 dəfə burun, 8 dəfə diş əməliyyatına girdim. 300 dəfə də saçıma qaynaq etdirmişəm. Bəs mən niyə dəyişmədim? Ay millət, ekologiya budur. Telli xanım (Röya Ayxanın anası - red.), məni cəsur və qürurlu dünyaya gətirdiyin üçün təşəkkür edirəm. Amma qəbul etməsən də, dədəmin də haqqı var. Afaqla başladım, anamla bitirdim. Cəmi 10-a yaxın kanalımız var, məni sevməyin, nə edim? Bu arada, onlar Nihat Odabaşı Bakıya gələndə onu çəkməyən maqazin proqramıdır. Niyə gəlmədiklərini indi başa düşürük. Sizdə belə şey yoxdur, amma bizdə hamı "star"dır".
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri