"Fitch": Azərbaycan banklarının aktivlərinin keyfiyyəti təzyiq altındadır



2018-ci ildə Azərbaycanda iqtisadi artım sürətlənəcək.


Bu barədə "Fich" beynəlxalq reytinq agentliyinin yaydığı "Fitch - 2018 Proqnoz: MDB ölkələri və Gürcüstan bankları" adlı hesabatında deyilir.


Buna baxmayaraq, "Fitch" qeyd edir ki, bank sektorunun aktivlərinin keyfiyyətinə olan təzyiqlərin davam etməsi fonunda sektor üzrə proqnoz neqativ olaraq qalır: "2017-ci ildə Azərbaycan hökuməti "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansından toksik aktivlərin çıxarılması ilə bağlı mühüm qərar verib. Lakin digər borcverənlər də restrukturizasiya olunmuş və xarici valyutada olan böyük portfelləri ilə bağlı tədbir görməlidirlər".


Hesabatın müəllifləri qeyd edir ki, Azərbaycan banklarının reytinq üzrə proqnozunun "stabil" olması onların reytinqinin aşağı səviyyədə olmasını əks etdirir.


APAшаблоны для dle 11.2
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri