Fədayə Laçının apelyasiya şikayəti təmin olunmadı

Bu gün Bakı Apelyasiya Məhkəməsində Bakıda məhbusların həbsdən qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının Nəsimi Rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılb.

LİVE.Az-ın Trend-ə istinadən məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə F.Laçın iştirak edib.

Fədayə Laçının apelyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F.Laçın istintaq dövründə azadlıqda qalması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə müraciəti təmin etməyib. Qərardan narazı qalan F.Laçın apelyasiya şikayəti verib.

///
 

Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı vəsatət barədə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verilib.

LİVE.Az APA-ya istinadən xəbər verir ki, şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan  Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.

Nəsimi Rayon Məhkəməsi onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatəti təmin etməyib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri