Röya qalmaqalda Afaq Gəncəlini günahıandırıb?


Dünən efirə gedən "ATV maqazin onlarla" verilişində əməkdar artist Röya Ayxan "Hit parad"dan çıxarılıb.

Prodüser Tarix Əliyevin təyin etdiyi onluqda Röya Ayxanla bağlı söhbətlər getsə də, onun adı çəkilməyib. Sənətçinin "Səndən başqa" mahnısı da verilişin top onluğundan kənarlaşdırılıb.

Buna səbəb Röya Ayxan və proqramın aparıcısı Afaq Gəncəli arasında yaşanan gərginlik olub. Belə ki, Röya Ayxan hotellərin birində Afaqa zəng edərək, ifaçı İradə İbrahimovanın verilişdə ona qarşı olan fikirlərinə irad bildirib. O, Afaq və komandasını İradəni onun üstünə qaldırmaqda ittiham edib. Buna görə də, hər iki məşhur arasında gərginlik yaranıb. Afaq Gəncəli isə komandasına bundan sonra Röya barədə heç bir məlumatın verilməyəcəyi barədə təlimat verib.


Məsələylə bağlı Afaq Gəncəli ilə əlaqə saxladıq. O, saytımıza açıqlama verərək, yayılan məlumatı təkzib etdi: "Bizdə heç kimə qadağa yoxdur. Qapımız hər zaman hamının üzünə açıqdır. Röya isə dostumuzdur, ona heç olmaz".

A.Gəncəli Röyanın ona zəng edərək irad bildirmə məsələsinə də toxunub: "Röyadan bizə qarşı heç bir irad olmayıb".

Qeyd edək ki, məşhurlar arasında qalmaqal məhz "Atv maqazin onlarla" proqramında İradə İbrahimovanın çıxışından sonra başlanıb.




publika.az, ATV maqazin 10larla
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri