Salyanda kişi üç il əvvəl arvadını və 4 qızını öldürərək həyətdə basdırıb

Salyanda itkin düşən ana və 4 qızının öldürüldüyü məlum olub.

 
Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 3 il əvvəl itkin düşən Əliyeva Mehparə və qızları - Rəqibə, Sevda, İradə, Ümidənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilir.
 
Aparılan istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Hazırda meyitlərin basdırıldığı yerdən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər həyata keçirilir. Ata və oğlu saxlanılıb.

Bəzi saytlar bildirir ki, hadisənin açılmasına səbəb isə bu yaxınlarda Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində onlarla bağlı süjetin göstərilməsi olub. Belə ki, ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Salyan Prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri