Natavan Həbibi boşanır, Dado isə üzr istəyir [Yenilənib]



Dado boşanmasından danışdı: "Natavan, məni bağışla"


Müğənni Natavan Həbibi və reper Dado ( Səid Əliyev) boşanma xəbəri ilə gündəmə gəliblər.


LİVE.az xəbər verir ki, bu xəbərlərə səbəb Natavan sosial şəbəkədə özünün yaydığı "ikibaşlı" mesajı olub.


Müğənni mesaj yazıb ( aşağıda oxuya bilərsiz) və əri bütün şəkillərini pozub.


Dado isə zənglərə cavab vermir və bir neçə gündür suallarla bağlı heçnə demirdi.


Dünən axşam reper İnstaqram səhifəsində boşanma və saxta evlilik barədə məsələsini şərh edib:


"Heç bilmirəm son zamanlar bizdən yazılan hansı xəbərdən danışım. Ailəmizin dağılmağından, yoxsa uydurma xəbərlərdən?"


"Mən elə kişi deyiləm ki, öz həyat prinsiplərimi pulun üzərində qurum. Adam kişi olar. Bu söhbəti yaradanlarla başqa danışarıq təbii ki.."


"Və bu absurd xəbərin haradan çıxdığını mənə təqdim edərsiz. Şər və böhtan var ortada. Bir də ki, bəlkə kimsə özünü bu rolda görür və belə addımlara normal baxır, düşünür ki, şou-biznes insanlarıdır... Xeyr... Mən o kəslərdən deyiləm. Mənim nə adım, nə də hissim satılmır. Bu nə biabırçılıqdır edirsiniz?

Sonda isə yazıb: "Ailəmə toxunmayın. Nat, olanlara görə məni bağışla, sən mənim ailəmsən. Mən sona qədər ailəmizin dağılmasına imkan verməyəcəm. Səni çox sevirəm".


Xatırladaq ki, cütlük iyul ayında ailə qurub.


 

 

///


04/12/17

10:39



Natavanın fanatları səhəri pis xəbərlə açıblar. Müğənni boşanacağını özü xəbər edib.


Live.az xəbər verir ki, bəzi mənbəlirin bildirdiyinə görə, bu bir reytinq yığmaq üçün addım olar bilər.


Müğənni qısa bir zaman sonra mesajı pozduğuna görə, müğənninin izləyiciləri çaş-baş qalıb.


Bundan başqa müğənni Dado ilə birgə şəkilləridə pozduğuna görə, bəzi fanatlar bu xəbərin doğru olduğunu düşünür.


Ancaq Dado öz profilində maraqlı mesaj yerləşdirib: "Ne olub sevindiz?)Seni sevirem Nat❤️".


 

Evlənməyi ilə şou edən ifaçılar, deyəsən boşanmaqları ilə də şou etmək istəyirlər...

///

Müğənni Natavan Həbibi və reper Səid Əliyev (Dado) boşanır.

LİVE.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətçinin özü rəsmi instaqram səhifəsində paylaşıb. Həbibi Dado ilə münasibətlərinə son qoymaq qərarına gəldiyini bildirib.

Sənətçi daha sonra yazdığı postu silib. Bu məqamda qeyd edək ki, cütlük ailə quranda onların saxta nikaha daxil olduğu dəfələrlə deyilmişdi. Lakin Natavan həmin ittihamları israrla təkzib edirdi. Hətta, süni evliliyin belə qısa çəkəcəyi gözlənilmirdi.

//

Müğənni paylaşımını silsə də, yaxınları  "qafqazinfo"ya açıqlamasında Dadoyla Natavanın boşanacağını təsdiqləyib.

Həbibinin boşanma açıqlamasını olduğu kimi təqdim edirik:

 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri