""Maşın" şou: Xanımlar vs Cənablar": Mehriban Vüsaləni ittiham etdi

""Maşın" şou: Xanımlar vs Cənablar": Mehriban Vüsaləni ittiham etdi




""Maşın" şou: Xanımlar vs Cənablar" şousunun növbəti buraxılışı baş tutub.


Live.az xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar aktrisa Tünzalə Əliyevanı SMS səsverməsinə çıxarıblar.


Tünzalə rəqibini açıqlamasa da, müğənni Talıb Tale hədəfdə onun olduğunu fikirləşərək, aktrisanın getməsinə səs istəyib.


Tünzalə xanımın Talıbla mübarizəyə başlaması Mehriban Xanlarovanın narazılığına səbəb olub.


O, Vüsalə Kərimovaya bununla bağlı öz iradını da bildirib. "Siz demişdiz ki, Talıbla duelə çıxmaq istıyirsiz. Nəyə görə siz Tünzaləyə etiraz etmədiz ki, Talıbla mən mübarizə aparacam", - deyə Vüsaləni qeyri-səmimilikdə ittiham edib.


Lakin Tünzalə Əliyeva şouda qalmaq üçün yetərincə səs toplaya bilməyib. 54,19 faiz tamaşaçı onun getməsini istəyib.


Maşın Tünzalə üçün əldən getdi.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri