“Maşın”ın başlama tarixi məlum oldu

“Maşın”ın başlama tarixi məlum oldu


Ölkənin ən səs-küylü layihəsi olan “Maşın” realiti şousunun başlama tarixi məlum olub.

Live.Az-ın qafqazinfo-ya istinadən xəbər verir ki, proqram oktyabr ayından etibarən ATV-də start götürəcək.

“Yubiley” adlanan müsabiqədə format dəyişməyəcək, şou nümayəndələri maşın uğrunda mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, “Maşın- yubiley” şounun sayca 15-ci buraxılışına həsr olunub.

Xatırladaq ki, proqramın sonuncu qalibi bu ilin iyun ayında İsram Mehrəliyev olub.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri