Tovuzda toyda zəhərlənənlərdən 26 nəfəri evə buraxılıb, 13 nəfərin müalicəsi davam etdirilir

Tovuzda toyda zəhərlənənlərdən 26 nəfəri evə buraxılıb, 13 nəfərin müalicəsi davam etdirilir




Tovuzda toyda 39 nəfər zəhərlənib.


Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 7-də Tovuz şəhərində yerləşən “Turan” şadlıq sarayında keçirilən toy şənliyi zamanı 39 nəfər zəhərlənərək xəstəxanaya müraciət edib. Onlardan 6-sı uşaq, qalanı isə böyük olub. Zəhərlənənlərin hamısına tibbi yardım göstərilib. Onlardan 26 nəfəri artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.


Zəhərlənmənin salatdan baş verdiyi ehtimal olunur.


***


Tovuzda toyda zəhərlənənlərin sayı 35 nəfəri keçib. Hazırda 6 uşaq və 30 nəfərdən çox böyük xəstəxanadadır və onlara tibbi yardım göstərilir.


Müraciət edənlərin sayının artacağı istisna edilmir.


Toy mərasiminin keçirildiyi "Turan" şadlıq sarayının sahibi Şükür Abbasovun verdiyi məlumata görə, onlar şadlıq evinin kirayə veriblər və toyda verilən yeməklər və digər qida məhsullarının hamısı toy sahibi tərəfindən gətirilib.


***

23.30

Tovuzda toyda zəhərlənənlərin sayı artıb. APA-nın verdiyi məlumata görə, 14 nəfər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlar


1983-cü il təvəllüdlü Vasif Həsənov
1984-cü il təvəllüdlü Taleh Həsənov
1983-cü il təvəllüdlü Günay Hüseynova
1958-ci il təvəllüdlü Şahin Məmmədov
1984-cü il təvəllüdlü Zöhrab Məmmədov
2008-ci il təvəllüdlü Adilə Hüseynova
1984-cü il təvəllüdlü Elmir Məmmədov
1990-cı il təvəllüdlü Akif Bağırov
2001-ci il təvəllüdlü Gülnar Hüseynova
1959-ci il təvəllüdlü Elmira Qasımov
1989-cu il təvəllüdlü Gültəkin Məmmədova
1967-ci il təvəllüdlü Növrəstə Məmmədova
1980-ci il təvəllüdlü Məhbubə Aslanova
1990-ci il təvəllüdlü Samirə


Məlumata görə zəhərlənmə əlaməti ilə müraciət edənlərin sayı artır. Gələnlər rayon infeksion xəstəxanasına yerləşdirilir.

***


Tovuzda kütləvi zəhərlənmə olub.


APA-nın verdiyi məlumata görə, bu gün axşam saatlarında 11 nəfər şəxs rayon Mərkəzi xəstəxanasına müraciət edərək özlərini pis hiss etdiklərini deyiblər. Onlara tibbi yardım göstərilib. Məlumata görə müraciət edənlər rayonda olan “Turan” şadlıq sarayında keçirilən toyda iştirak ediblər.


Onların toyda yedikləri qidalardan birindən zəhərləndikləri ehtimal olunur.


Xəstəxanaya müraciət edənlərin sayının artacağı istisna edilmir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri