Azərbaycan filmləri həftəsi keçiriləcək

Azərbaycan filmləri həftəsi keçiriləcək



Kino sevərlərin istəyini nəzərə alaraq, 17-23 avqust tarixlərində Park Cinema kinoteatrlar şəbəkəsi azərbaycan filmlərini yenidən böyük ekranda nümayiş etdirəcək. İzləyicilər Metro Park ticarət mərkəzində yerləşən kinoteatrda bir həftə ərzində “Oğlan evi 2”, “Naxox”, “Gecə qonağı”, “Niyə?”, “Pərdə” filmlərini izləmək imkanı olacaq.

Azərbaycan filmləri həftəsi adı çəkilən filmləri daha öncə izləməyə imkanı olmayan izləyicilər üçün yaxşı fürsətdir. Live.az məlumatına görə, Park Cinemanın marketinq üzrə direktoru Musa Axundov bildirib ki, dəfələrlə izləyicilər tərəfindən bu haqda kinoteatra müraciət olunub.

“Biz müştərilərimizin istəyini daim nəzərə almağa çalışırıq. Onlar mütəmadi olaraq bizə müraciət edirdilər ki, azərbaycan filmərini yenidən kinoteatrda göstərək. Biz də bunları nəzər alaraq, 17-23 avqust tarixləri arasında Metro Park ticarət mərkəzində yerləşən kinoteatrımızda yerli filmləri nümayiş etdirəcəyik. Öz dilimizdə film seyr etmək və milli kinomuza dəstək olmaq istəyənləri Park Cinemada görməyə şad olarıq”, deyə Musa Axundov bildirib.

Qeyd edək ki, ilin ilk 8 ayının nəticələrinə görə isə, yerli istehsal olan “Naxox” filmi Park Cinemada ən çox izlənilən film olaraq liderliyini qoruyur. “Oğlan evi 2”, “Niyə?”, “Pərdə” və “Gecə qonağı” filmləri də, həmçinin, izləyici rəğbəti qazanıb və tamaşaçıların sevimlisinə çevrilmişdir.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri