Aygün Kazımovanın konsertində dünya şöhrətli ulduzlar olacaq

Aygün Kazımovanın konsertində dünya şöhrətli ulduzlar olacaq




22 sentyabr saat 20.00-da Kristall Hall öz qapılarını müasir Azərbaycan musiqisinin tarixini toxunmaq istəyən hər kəs üçün öz qapılarını açacaq. Həmin gün cəmi iki saata siz keçmişə və gələcəyə gedə, həmçinin 20 və 21-ci əsrlərin qovuşuğunda yaranan hazırkı milli musiqi sənətindən zövq ala biləcəksiniz.

Bunun üçün mərasimin səbəbkarı Azərbaycan xalqının artıq otuz ildir ki sevdiyi Azərbaycanın xalq artisti Aygün Kazımova və onun beynəlxalq peşəkarlar komandası yarım ildən çoxdur ki, səylə "Aygün Kazımova - 30 il" əfsanəvi şousunun hazırlanması üzərində çalışır. Onun ilk 30 ildir ki səhnədə dəlisovluqları alqışa layiqdir. Tamaşaçılar üçün əfsanəvi musiqi şousu hazırlanıb. Bu şou xarici ulduzların şousunda alqışladığımız bütün xüsusiyyətlərə malik olacaq. Bu dünya ulduzlarının konsertlərində adətən gördüyümüz, lakin Azərbaycan artistləri üçün əlçatmaz olan ilk və hələ ki yeganə şou olacaq.

Rejissor və xoreoqraf Red Bentifor gənclər və İdman Nazirliyinin birbaşa dəstəyi ilə həyata keçiriləcək konsertin üzərində işləyir. O bir çox böyük dünya şoularını, o cümlədən "Paris Notr-dam kilsəsi" və "Romeo və Cülyetta" kimi müzikllərini səhnəyə qoymuş fransız rejissordur. Onunla birlikdə Bakıda artıq bir aya yaxındır ki onun şousunu həmişə bəzəyən aktyor və rəqqaslar məşq edir. Bu bütün dünyadan, o cümlədən Kolumbiya, İtaliya, Fransa, Amerikadan gənc rəqqaslardır. Onlarla birlikdə rəqs zamanı səhnəni bir neçə gürcü və bir azərbaycanlı rəqqas- beynəlxalq müsabiqələrin qalibləri paylaşacaq.

Layihənin ulduzlarından biri Aygün Kazımovanın dəvət etdiyi səs rejissoru Jerar Albodur (İngiltərə). O, Rihanna, Anasteyşa, Betti Smit kimi dünya ulduzlarının öz layihələrinin saundçekini etibar etdiyi birinci səviyyəli səs rejissorudur. Həmçinin o Emi Uaynhausun şəxsi səs rejissoru olub. Bir sözlə desək müxtəlif dünya ulduzları, təzəlikcə isə Aygün Kazımova da Jerar Albosuz işləyə bilmir.

Konsert üzərində işləyən səhnə tərtibatçısı bir çox məşhur xarici filmin səhnə tərtibatçısı və rəssamı argentinalı Santyaqo Fernandedir. O beynəlxalq telekanalı bəzəyən ingilis və amerikan reklam çarxlarının rejissoru olub.

Konsertin prodüseri aktyor, müğənni Stefani Mqebrişvilidir. Klipləri Beyons və Ledi Qaqa ilə bərabər MTV cədvəllərinə düşən, klipləri bütün dünyada təqdim olunan yeganə gürcüdür. MTV, BBC, CNN -də LIVE-konsertlər onun xüsusiyyətdir. Onun solo konsertləri də olun, o müzikllərə baş rollarda iştirak edib. VOICE musiqi şousunun son üç mövsümündə o münsiflər heyətində olub, təzəlikcə o X-FACTOR-da münsiflər heyətində iştirakını başa vurub. O, Gürcüstanda minlərlə konsert layihəsinin rejissoru və prodüseri olub.

Səhnə geyimlərinin hazırlanmasını Aygün Kazımova kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İranda Moda həftələrində nümayiş etdirilən ilk və yeganə həmyerlimiz dizayner Rüfət İsmayılova həvalə etdi. Rüfət İsmayılovun kolleksiyası həmçinin Məkkədə dünya fashion-industriya - Pitti Uomo-da nümayiş olunub.

Konsertin dekoru ilə Gürcüstandan Tea Teliya məşğuldur. Rejissorun köməkçiləri -Françesko Zaveçia (İtaliya), Nataliya Pere (İtaliya), Cimmi Vayrpn (Fransa). "Aygün Kazımova - 30 il" beynəlxalq layihəsinin rəhbəri -Şain Qurbanov (Azərbaycan).

Konsertin musiqi prodüseri- "RAST" qrupunun bədii rəhbəri, Azərbaycanın əməkdar artisti Rəşad Həşimovdur.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri