ABŞ-ın Bakıdakı səfirliyi qarşısında “Allahu Əkbər” deyə qışqıran şəxs saxlanılıb

ABŞ-ın Bakıdakı səfirliyi qarşısında “Allahu Əkbər” deyə qışqıran şəxs saxlanılıb



ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında insident baş verib.


Naməlum şəxs səfirliyin qarşısında “Allahu Əkbər” deyə qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb.


Nəsimi rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, araşdırma zamanı bu şəxsin Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olduğu müəyyən edilib. Ə. Quliyevin izahatı alınaraq sərbəst buraxılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri