Bakıdan Batumiyə avtobus reysi açılır

Bakıdan Batumiyə avtobus reysi açılır



İyun ayının 26-dan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən verilən xəbərə görə, avtobuslar Bakı vaxtı ilə saat 18:00 yol düşəcək, təyinat məntəqəsinə - Batumi şəhərinə isə növbəti gün saat 09:00-da çatacaq.

Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur, 5 yaşından-10 yaşına qədər uşaqlar üçün biletin qiymətinin 50 faizi məbləğində ödəniş edilir.

Gələcəkdə sərnişin sıxlığı çox olduğu təqdirdə avtobusların hər gün reysə çıxması nəzərdən keçirilə bilər.

Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Sərnişinlərə biletləri əvvəlcədən almaları məsləhət görülür.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri