Səidə Tolikə qarşı ittihamlar sürüb

"Maşın" realiti şousunda prodüser Tarix Əliyev və müğənni Səidə Sultan arasında qalmaqal baş verib.


Səidənin bildirib ki: "Dedim ki, İslama dəyməyin, maşını da yoxdur. Mən dava edirdim ki, onu çıxarmayaq. Özüm Tolikin fotosunu atmışam. İslama isə Tolik "səsverməyə sən çıx" dedi. Hamını burda idarə edən Tolikdir."


Tolik isə ittihamlara sosial media hesabından cavab verib: "Səidə, sən mənə ən axırıncı rəqibsən. Hələ sən özünü bu xalqa tanıtdır, ondan sonra. Mənim bu ölkəyə xeyrim sənin kimi müğənniciklərdən çox olub. Çıxanda sözümü dedim və sən yedin. İndi arxamca şir olmusan".


Xatırladaq ki, bu gün ki şou başlamamışdan öncə Tolik özü əlini götürərək oyunu tərk edib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri