Xəzər Dəniz Gəmiçiliyi 650 min dollara yeni gəmi alıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC "Bakinskaya 6" adlı yeni gəmi alıb. APA xəbər verir ki, "GidroTrans" MMC-dən alınan gəmi QSC-yə 650 min dollara başa gəlib.

Alqı-satqı müqaviləsi cari ilin martın 9-da imzalanıb.

Bundan başqa, Azərbaycan prezidentinin 13 yanvar 2017-ci il tarixli sərəncamına əsasən 16 mln. manat məbləğində vəsait Bakı Gəmiqayırma Zavodu tərəfindən 2 ədəd tankerin və 2 ədəd Ro-Pax tipli bərə-gəminin tikintisi məqsədilə QSC üçün ayrılıb. 2017-ci ilin aprel ayında 8 mln. manat məbləğində vəsait həmin ayırmanın hissəsi kimi QSC-yə köçürülüb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri