Meraya Kerri Bakıya gəlir

“Biz musiqi tarixində böyuk uğur qazanmış müğənnini Bakıda baş tutan ikinci “Formula 1” yarışının sonuncu günündə qarşılamaqdan böyük qürur duyuruq. Meraya Kerri bütün dünyada milyonlarla insanın dillər əzbəri olmuş mahnıları ilə seçilən möhtəşəm səsdir”.

Bu sözləri dünya şöhrətli müğənni Meraya Kerrinin “Formula 1” Azərbaycan Qran Prisində baş tutacaq konserti ilə bağlı danışarkən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov söyləyib.

Qeyd edək ki, bu il Bakıda keçiriləcək növbəti “Formula 1” yarışı 23-25 iyun tarixlərinə təsadüf edir. Musiqi dünyasının əfsanəvi ulduzu M.Kerri iyunun 25-də yarış başa çatdıqdan sonra axşam saatlarında səhnəyə çıxacaq.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri