Azərbaycanda bank sektorunun aktivləri 30 mlrd. manata yaxınlaşır

2017-ci ilin birinci rübünün nəticələrinə əsasən Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 29 mlrd. 980,1 mln. manat, cəmi öhdəlikləri 27 mlrd. 219,9 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından APA-ya verilən məlumata görə, sektorun balans kapitalı 2 mlrd. 760,2 mln. manatdır. Əhalinin əmanətləri 6 mlrd. 889,2 mln. manat həcmindədir.

Bankların filiallarının sayı 561, şöbələrinin sayı 137, ATM-lərin sayı 2,471-dir.

Bütövlükdə, bank sektorunun işçi heyəti 16312 nəfər təşkil edir.

Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 145, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-lərin işçi heyəti 2,726 nəfər təşkil edir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri