Diana Hacıyevanın tanıtım çarxının çəkilişləri yekunlaşıb

“Eurovision - 2017” təmsilçimiz Diana Hacıyevanın tanıtım çarxının çəkilişləri yekunlaşıb.

Promo videonun ikinci hissəsi Ukraynanın Kiyev şəhərində baş tutub.

Çəkiliş zamanı lentə alınan fotoşəkillər “INFE Azerbaijan” fan-klubunun səhifəsində paylaşılıb.

Bundan əvvəlki çəkilişlər isə Bakı klublarının birində reallaşıb.

Qeyd edək ki, “Eurovision”nun yarımfinalları Ukraynanın paytaxtı Kiyevdə 9 və 11 may, finalı isə 13 may tarixində keçiriləcək.

Diana Hacıyeva ölkəmizi müsabiqədə “Skeletons” adlı mahnı ilə təmsil edəcək.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri