İlqarə Kazımova plastik əməliyyatdan sonra ilk dəfə görüntüləndi

İlqarə Kazımova plastik əməliyyatdan sonra ilk dəfə görüntüləndiXalq artisti Aygün Kazımova paytaxtda yerləşən restoranların birində konsert proqramı ilə çıxış edib.

Live.Az xəbər verir ki, tədbirdə A.Kazımovanın qızı, müğənni İlqarə Kazımova da iştirak edib.

İ.Kazımova cari ilin fevral ayında keçirdiyi əməliyyatdan sonra geniş auditoriya qarşısında ilk dəfə görüntülənib.

Xatırladaq ki, o, Bakıda fəaliyyət göstərən özəl klinikalardan birində 3-4 saat davam edən plastik əməliyyat nəticəsində 10 kq artıq çəkidən azad olub. İfaçının qarın və bel nahiyəsindəki piylər götürülüb.




Şərhlər
Şou-biznes bölməsinin xəbərləri