Prodüser Tolik: Çıxıb efirə namus-qeyrətdən danışırlar

Prodüser Tolik: Çıxıb efirə namus-qeyrətdən danışırlar ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan prodüser Tarix Əliyev (Tolik) maraqlı açıqlamalar verib.


Live.Az xəbər verir ki, o, bir çox xeyriyyə işləri gördüyünü bildirib: "Elə şeylər var ki, edəndə çalışıram göstərməyim. Amma bəzi kanallar dəvət edirlər, danışıram. Mən yaxşılığı təbliğ edirəm. Pozğunluğu təbliğ eləsəm, məni qınayarsınız. Heç yadımdan çıxmaz, efirdə 2 uşaq "Barbi" kuklası istəmişdi. Getdim onlara 6-7 dənə həmin kuklalardan aldım. Çox sevindilər".


Tolik şou-biznes nümayəndələrini sərt tənqid edib:


"Bəzi şou-biznes adamları var ki, çıxıb efirdə mərhəmətdən danışırlar. Yalandan deyir ki, mənə biri zəng vurdu, havayı getdim onun toyuna. Sən insanlara özünü göstərirsən. Kişi cismində bir qadınsan, amma xala obrazındasan. Qızıllar taxırsan, gözünün altına nələrsə vurursan və s.


Qrim, əslində, efir təmizliyidir. Amma bu kişi müğənnilər qrimli arvaddırlar. Çıxıb efirdə namusdan, qeyrətdən danışırlar. Kişilik bazarda satılsaydı, 5 kq alıb qapısına qoyardım. Mən rahatam, məni xalqımız olduğum kimi tanıyır. Qadın müğənnilər də nələri yoxdursa, onlardan danışır. Qeyrətsiz çıxır qeyrətdən danışır, namussuz namusdan danışır. Bizdə hər şey tərsinədir".


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri