Lerikdə qar uçqunu nəticəsində ölənlərin adları məlum olub

Lerik rayonunda qar uçqunu nəticəsində ölən ailə üzvlərinin adları məlum olub.

APA-nın xəbərinə görə, Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar yığınının düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb.

Hadisə baş verən anda evdə 6 nəfərin olduğu, onlardan ikisinin xilas edildiyi bildirilir.

***


Lerik rayonunda qar uçqunu baş verib.

Lerik rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə səhər saatlarında rayonun Orat kəndində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü Mustafayev Əhliman Həbibulla oğluna məxsus ev qar uçqununun altında qalıb.

Hadisə nəticəsində Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 azyaşlı nəvəsi uçqun altında qalıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Xilasedicilər uçqun altından bir azyaşlı uşağı sağ xilas etsələr də, həmin uşaq da aldığı xəsarətlər nəticəsində ölüb.

Qar uçqununun altında qalan ev Orat kənd bələdiyyəsinin sədri Amil Mustafayevin atası Ə.Mustafayevə məxsusdur.
Şərhlər
Hadisə bölməsinin xəbərləri